"Kluba ödəniləcək məbləğ ayrıdır, mənə ödəniləcək məbləğ ayrı"

10 Sentyabr 2023 01:00 Milli komanda 1 494
"Kluba ödəniləcək məbləğ ayrıdır, mənə ödəniləcək məbləğ ayrı"

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçikaya 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, yığmamızın müdafiəçisi Bəhlul Çustafazadə matç haqda sualları cavablandırıb:

- Oyun heç də pis olmadı. Matçın bəzi hissələrində bərabər səviyyədə oyun getdi. Əlimizə düşən fürsətlərdən yaralansaydıq, nəticə fərqli ola bilərdi. Rəqibin gücü bəllidir. Amma biz də əlimizdən gələni etməyə çalışdıq.

- Həyəcan var idi?

- Yox. Bu cür komandalara qarşı həyəcan olmur. Çünki, qarşımızdakı oyunçular bəllidir. Bacardığımız qədər oyundan zövq almağa çalışdıq.

- Komandanın qrupdakı vəziyyəti haqda nə deyə bilərsən? Nəyə ümid edək?

- Əlbəttə ki, vəziyyət heç də ürəkaçan deyil. Bəlkə də daha çox xallar yığa bilərdik. Amma rəqiblərin gücünü də bilirsiz. Bacardığımız qədər daha çox xal qazanmağa çalışırıq.

- İki gün sonra İordaniya ilə yoldaşlıq oyunu var. Bu matç futbolçulara nə dərəcədə faydalı olacaq?

- Düşünürəm ki, bu oyun milli formasını az geyinmiş futbolçular üçün şans ola bilər. Start heyətin necə olacağını bilmirəm. Oynamayanlar üçün test oyunu olacaq.

- CAS "Əl Əyn" klubuna transferinlə bağlı "Sabah"ın xeyrinə qərar çıxardı. Bu haqda nə deyə bilərsən?

- Bu məsələ iki ildən çox çəkdi və CAS bizim xeyrimizə qərar çıxardı.

- Bir milyon dollarlıq məbləğdən söhbət gedir. Həmin puldan sənə də çatacaq?

- Kluba ödəniləcək məbləğ ayrıdır, mənə ödəniləcək məbləğ ayrı. Məbləği deməsəm, yaxşı olar.

Digər Xəbərlər
Xəbər Lenti