“Messi və Ronaldonun vaxtında bu mükafatı qazanmaq xüsusi bir şeydir”

19 Dekabr 2020 10:20 Dünya futbolu 649
“Messi və Ronaldonun vaxtında bu mükafatı qazanmaq xüsusi bir şeydir”

2020-ci ilin ən yaxşı kişi futbolçusu seçilən Robert Levandovski açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “The Best” mükafatına layiq görülən polşalı hücumçu bunları deyib:

“Məşqçilər heyətinə və komandama təşəkkür edirəm. Lionel Messi və Kriştiano Ronaldonun vaxtında bu mükafatı qazanmaq xüsusi bir şeydir. Çox qürurlu və xoşbəxtəm.

Mən və komanda yoldaşlarım üçün xüsusi bir andır. Bu il bizim üçün möhtəşəm oldu, xüsusilə də Çempionlar Liqasını qazanmağımız. Hər zaman xəyallarına inanmalısan və sonda bunun qarşılığını alacaqsan”.

Levandovski formasını geyindiyi “Bavariya” klubu ilə Çempionlar Liqası, Almaniya Bundesliqası və Almaniya kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı