Klublar legionerlərə 10 milyon avrodan çox maaş ödəyə bilməyəcək - Növbəti mövsümdən

16 Dekabr 2020 10:20 Dünya futbolu 425
Klublar legionerlərə 10 milyon avrodan çox maaş ödəyə bilməyəcək - Növbəti mövsümdən

Çin Super Liqasında oynayan legioner futbolçuların məvacibləri ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Sportinfo.az xəbər verir ki, çempionatda iştirak edən əcnəbi futbolçuların məvacibinə limit qoyulacaq.

Bu limit çempionatda növbəti mövsümdən tətbiq olunacaq. Hazırkı qaydalara görə, Super Liqada legionerlərin illik qazancı 3 milyon avrodan çox olmamalıdır.

Növbəti mövsümdən isə hər bir klub legionerlərə ümumilikdə 10 milyon avrodan çox məvacib ödəyə bilməyəcək. Ümumilikdə isə klubların hər biri il ərzində 75,5 milyon avrodan artıq xərcləyə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı