Avropa nəhənglərinin hədəfindəki futbolçudan ayrılıq açıqlaması

16 Dekabr 2020 10:00 Dünya futbolu 502
Avropa nəhənglərinin hədəfindəki futbolçudan ayrılıq açıqlaması

“Zalsburq”un futbolçusu Dominik Soboslai qışda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Sport Bild” nəşrinə açıqlamasında deyib.

Soboslai,qış transfer pəncərəsi dövründə “Zalsburq”u tərk edəcəyini bildirib.

Macarıstan milli komandasının da üzvü olan 20 yaşlı yarımmüdafiəçi ilə İngiltərədən “Liverpul”, “Arsenal”, “Tottenhem”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, Almaniyadan isə “Leyptsiq” maraqlanır.

Soboslai bu mövsüm “Zalsburq”da 20 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə edib. “Transfermarkt”da dəyəri 25 milyon avro olan futbolçu, Macarıstan yığmasında da 12 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!