Məşhur futbolçu bu mövsümün sonu karyerasını başa vuracaq

13 Dekabr 2020 18:40 Dünya futbolu 435
Məşhur futbolçu bu mövsümün sonu karyerasını başa vuracaq

"Ayaks"ın hücumçusu Klaas-Yan Huntelaar bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu "Voerbalzone"yə açıqlamasında bildirib:

"Futbol karyeramı bitirəcəyəm. Son bir aydır bu barədə düşünürdüm. Düşünürəm ki, bu, mənim son mövsümümdür. Karyeramı başa vurduqdan sonra əvvəlcə istirahət edəcəyəm, ailəmlə birlikdə evdə olacağam. Sonra isə məşqçi diplomu almağı düşünürəm".

Niderlandlı oyunçu karyerası ərzində "Ayaks"la yanaşı, "Herenven", "Real", "Milan" və "Şalke" kimi klublarda oynayıb. Huntelaar Niderland millisi ilə dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.


Digər Xəbərlər
Xəbər Lenti