Messi, Ronaldo və Levandovski bu ada iddia edir

11 Dekabr 2020 21:20 Dünya futbolu 546
Messi, Ronaldo və Levandovski bu ada iddia edir

FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.

Sportinfo.az xəbər verir ki, hazırda bu ada "Yuventus"dan Kriştianu Ronaldo, "Bavariya"dan Robert Levandovski və "Barselona"dan Lionel Messi iddia edir.

Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında Alisson Bekker ("Liverpul", İngiltərə), Manuel Noyer ("Bavariya", Almaniya) və Yan Oblak ("Atletiko", İspaniya) yer alıb.

"The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!