"Ronaldonun heç vaxt spirtli içki qəbul etdiyini görməmişəm"

11 Dekabr 2020 10:20 Dünya futbolu 374
"Ronaldonun heç vaxt spirtli içki qəbul etdiyini görməmişəm"

“Ronaldo ilə yanaşı məşq etmək şansı olanlardan biri də mənəm.

Məşqlərinin hər biri müharibəyə bənzəyirdi. Həmişə və hər yerdə qazanmaq arzusunda olmaq pis bir şey deyil”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in sabiq futbolçusu Dmitar Berbatov “Marca”ya açıqlamasında deyib.

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda danışan keçmiş hücumçu onun inanılmaz dərəcədə peşəkar biri olduğunu bildirib:

"Ronaldo şən və səmimi bir oğlan idi. Amma Milad şənliklərində də peşəkarlığdan qalmırdı. Heç vaxt bu tədbirlərdə belə, spirtli içki qəbul etdiyini görməmişəm.

Ronaldo məşqə hamıdan erkən gəlirdi və məşqdən sonra qapıya zərbələr üzərində işləyirdi. O, ən yaxşı olmağa qərarlı idi”.

Berbatov 2008-2009 mövsümündə Ronaldo ilə birgə “MY”-də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"