Stadion tikintisində xeyli ölənlər var.- Fəhlələrin arasında

13 İyun 2019 00:00 Dünya çempionatı 833
Stadion tikintisində xeyli ölənlər var.- Fəhlələrin arasında

Almaniyanın WDR telekanalı 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün stadionların tikintisi zamanı yol verilən nöqsanlar barədə sənədli film hazırlayıb.

Sportinfo.az xəbər verir ki, sənədli filmdə fəhlələrin hüquqlarının qorunmadığı, xeyli insanın tikinti işləri zamanı öldüyü bildirilir.

Sənədli filmdə qeyd olunur ki, Qətərdə təkcə Nepaldan olan 1400 fəhlə ölüb. Nepalın əmək naziri Narayan Raqmi bu faktı təsdiqləyib.

O, Qətərdəki stadionların tikintisi zamanı xeyli nepallının öldüyünü bildirib: “Bu faktdı ki, xeyli nepallı bu Qətərdə ölüb.

Amma mən dəqiq rəqəm söyləyə bilməyəcəm. Təkcə onu deyə bilərəm ki, bu il Qətərə göndərdiyimiz fəhlələrin arasında xeyli ölənlər var”.

Digər Xəbərlər
Xəbər Lenti