Dünya çempionatı bu ölkələrdə keçirilməlidir - UEFA prezidenti deyir

6 Sentyabr 2022 00:20 Dünya çempionatı 858
Dünya çempionatı bu ölkələrdə keçirilməlidir - UEFA prezidenti deyir

UEFA prezidenti Aleksander Çeferin DÇ-2030-un İspaniya və Portuqaliyada keçirilməli olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Çeferin deyib:

“2030-cu ildə dünya çempionatı İspaniya və Portuqaliyada keçirilməlidir. Mən əminəm ki, bu, belə olacaq.

Biz futbola həvəs göstərən, yaşayan və nəfəs alan, yaxşı infrastruktura malik iki ölkəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Daha əvvəl İspaniya və Portuqaliya DÇ-2022-yə ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib. Lakin mundial Qətərdə olacaq.

2026-cı ildə keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Daha əvvəl bir dəfə - 1982-ci ildə dünya çempionatı İspaniyada olub. Portuqaliya isə 2004-cü ildə Avropa çempionatının oyunlarına ev sahibliyi edib.

İspaniya və Portuqaliya 2018-ci il dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə vermişdilər, lakin sonra Rusiya müsabiqənin qalibi olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti