DÇ-nin iştirakçılarından biri dəyişdi - Bu problemə görə

5 Yanvar 2022 12:20 Dünya çempionatı 762
DÇ-nin iştirakçılarından biri dəyişdi - Bu problemə görə

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Sportinfo.az xəbər verir ki, Yeni Zelandiya təmsilçisi “Oklend Siti” mundialda iştirakdan imtina etmək məcburiyyətində qalıb.

Buna koronavirus pandemiyası səbəb olub. Belə ki, pandemiya səbəbindən “Oklend Siti” ölkədən kənara çıxa bilməyəcək. Bu üzdən də sözügedən komandanın əvəzində DÇ-də Taiti təmsilçisi “Pirae” iştirak edəcək.

“Pirae” ilk matçını BƏƏ-nin “Əl Cəzirə” klubuna qarşı keçirəcək. Görüşün qalibi 1/4 finalda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ilə üz-üzə gələcək. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi “Çelsi”nin önünə çıxacaq.

Daha bir 1/4 final matçı Misir təmsilçisi “Əl Əhli” ilə Meksika “Monterrey”i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliya “Palmeyras”ına rəqib olacaq.

Klublararası dünya çempionatı 3-12 fevral aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"