Qətər höküməti DÇ-2022 iştirakçılarının peyvəndlənməsini istəyir

21 Sentyabr 2021 01:24 Dünya çempionatı 338
Qətər höküməti DÇ-2022 iştirakçılarının peyvəndlənməsini istəyir

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundial iştirakçılarının koronavirusa qarşı peyvənd olunmasını zəruri hesab edir.

Sportinfo.az xəbər verir ki, hazırda yerli hakimiyyət bu istiqamətdə FIFA və ölkənin Səhiyyə Nazirliyi ilə danışıqlar aparır.

Həmçinin variantlar arasında futbolçuların hər 3 gündən bir testdən keçmələri məsələsi də var.

Məqalədə deyilir ki, Qətərin vaksinasiya ilə bağlı mövqeyi bəzi aparıcı futbolçuların dünya çempionatında iştirak qərarına təsir göstərə bilər. Bütün tərəflər dünya ulduzlarının mundiala qatılmaqdan imtina etməməsini istəyirlər.

İyunda Qətər hökuməti dünya çempionatına getməyi planlaşdıran azarkeşlər üçün 1 milyon doza vaksin hazırlayacağı açıqlanıb.

Dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Digər Xəbərlər
Xəbər Lenti