"Vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq"

25 Avqust 2023 03:10 Futzal 966
"Vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq"

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” Almaniya çempionu “Regensburq”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi.

Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür.

Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq.

“Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi.

Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.

Xəbər Lenti