Qrup komandamız AÇ-da daha bir medal əldə etdi

29 Noyabr 2020 22:40 Digər növlər 603
Qrup komandamız AÇ-da daha bir medal əldə etdi

Bədii gimnastlarımız Ukrayna paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında daha bir medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə bürünc medal əldə edib.

5 topla çıxışlarına görə isə qızlarımız medalın bir addımlığında dayanıblar.

Gənc gimnastların yarışları da bu gün yekunlaşıb. Hər 4 alət üzrə finalda çıxış edən gimnastlarımızdan ən yaxşı nəticəni Nərmin Bayramova göstərib.

O lentlə icra etdiyi proqrama görə 4-cü olub. İplə çıxışına görə Nərmin 6-cı yerdə qərarlaşıb. Top və gürzlərlə final mərhələsində iştirak etmiş Alina Gözəlova isə hər iki çıxışına görə 5-ci olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"