Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti

13 Noyabr 2020 18:40 Digər növlər 461
Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti

Türkiyənin Mersin şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, Murad Ağarzayev, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov böyüklərin, Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov yeniyetmələrin mübarizəsində çıxış edəcəklər.

Qadınların yarışında Azərbaycan 3 idmançı ilə təmsil olunacaq. Marina Nekrasova və Samirə Qəhrəmanova böyüklər, Milana Minakovskaya isə yeniyetmələr arasında qüvvəsini sınayacaq.

Kişilərin yarışı 9 - 13 dekabrda, qadınların mübarizəsi isə 17 - 20 dekabrda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"