Azərbaycan Gimnastika Federasiyası ilk dəfə... - FOTO

8 Noyabr 2020 17:20 Digər növlər 425
Azərbaycan Gimnastika Federasiyası ilk dəfə... - FOTO

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ilin 9-11 dekabr tarixlərində ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edəcək.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, vebinarda iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat veriləcək və ölkə ərazisində onun inkişaf imkanları müzakirə olunacaq.

Vebinar “Gimnastika hami üçün” növünün baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçiriləcəkdir.

Burada “Gimnastika hami üçün” üzrə məşqçilik etmək arzusunda olan şəxslər iştirak edə bilər. İştirak üçün yaş həddi 15-dir.

Vebinarın proqramı, sifariş forması ilə bağlı ətraflı məlumatı +99412 493 3011 əlaqə nömrəsi vasitəsilə federasiyadan əldə edə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti