Avropa çempionatında iştirak edəcək Azərbaycanın heyəti müəyyənləşdi

28 Oktyabr 2020 17:52 Digər növlər 581
Avropa çempionatında iştirak edəcək Azərbaycanın heyəti müəyyənləşdi

Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, noyabrın 26-29-da keçiriləcək yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Bədii gimnastika üzrə Avropa çempionatında böyüklər arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!