Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur

27 Oktyabr 2020 21:30 Digər növlər 366
Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.

Sportinfo.az Avropa Gimnastikasının (EG) rəsmi saytına istinadən xəbər verir ki, çoxnövçülük yarışlarında qızıl medallara iddiaçılar arasında Azərbaycan idmançıları da yer alıb.

Arzu Cəlilova və Zöhrə Ağamirovanın qalib olmaq şansları yüksək qiymətləndirilib.

Onlarla yanaşı, Alina Xarnasko və Anastasiya Salos (Belarus), Katrin Tasayeva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Agiurcukuleze və Milena Baldassarri (İtaliya), Viktoriya Onopriyenko və Valdu Nikolçenko (Ukrayna) kimi gimnastlar da favoritlər sırasında göstəriliblər.

Avropa çempionatı 26 - 29 noyabrda keçiriləcək. Azərbaycan millisinin yarışda 13 gimnastla təmsil ediləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"