İdmançımız Sankt-Peterburqda medal qazandı

14 Oktyabr 2020 19:30 Digər növlər 649
İdmançımız Sankt-Peterburqda medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Panin-Kolomenkinin xatirəsinə həsr olunan turnirdə qadınların yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, idmançılar sərbəst proqramda bacarıqlarını göstəriblər. Azərbaycan təmsilçisi Yekaterina Ryabova bu hərəkətdə 1-ci yeri tutub. Lakin iki çıxışın yekununda 184,49 xal toplayan idmançımız 2-ci pillə ilə kifayətlənib. Turnirin qalibi adına isə rusiyalı Yelizaveta Nuqumanova yiyələnib. O, 187,16 xal toplayıb.

Qeyd edək ki, kişilərin yarışında digər təmsilçimiz Vladimir Litvintsev mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti