Federasiya şəhid ailələrinə kömək etməyə söz verdi

12 Oktyabr 2020 10:24 Digər növlər 541
Federasiya şəhid ailələrinə kömək etməyə söz verdi

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və vitse-prezident Samir Əhmədov qurumun idarə heyəti adından cəbhə bölgəsində ordumuza dəstək məqsədilə bir sıra ərzaq, dərman ləvazimatları, geyim və s. kömək göstərərək hər zaman Azərbaycan əsgərinin yanında olacaqlarını bildiriblər.

Bu barədə Sportinfo.az-a efderasiyadan məlumat verilib.

Bildirilib ki, eyni zamanda şəhid ailələrinin də qonağı olmuş federasiya rəsmiləri onlara kömək etməyə söz veriblər.

“Qarabağ Azərbaycandır!” şüarı altında hərəkata qoşulmaqla Azərbaycan Universal Döyüş Federasiyasının 20-dən çox idmançısı cəbhə xəttində döyüşür.

Federasiyanın digər üzvləri də Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduğunu bildirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!