İdman Akademiyası ordumuza maşın hədiyyə etdi - FOTOLAR

5 Oktyabr 2020 18:41 Digər növlər 1 182
İdman Akademiyası ordumuza maşın hədiyyə etdi - FOTOLAR

Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks hücuma keçən Milli ordumuz ərazilərimizin bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad etməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 5 oktyabr tarixində ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olanMitsubishi Pick-up L200 avtomobili təqdim olunub.

Həmçinin, döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “əsgərə məktub” yazıb

Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndərdilər.



Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"