Bakıda keçiriləcək Avropa çempionatının iştirakçı sayı

11 Sentyabr 2020 12:16 Digər növlər 509
Bakıda keçiriləcək Avropa çempionatının iştirakçı sayı

Bakıda keçiriləcək idman gimnastikası üzrə kişilər və qadınlar arasında Avropa çempionatı üçün iştirakçı sayı açıqlanıb.

Sportinfo.az-ın Avropa Gimnastikasının rəsmi saytına istinadən məlumatına görə, Milli Gimnastika Arenasında dekabrın 9-da start götürəcək yarışda 39 ölkədən 324 gimnast mübarizə aparacaq.

Onlardan 159-u böyüklər, 165-i yuniorlardır. Çempionat beş gün davam edəcək.

Qadınların mübarizəsi dekabrın 17-də başlanacaq. Dörd günlük çempionatda 38 ölkədən 157-si böyüklər, 147-si yuniorlar olmaqla, 304 gimnast iştirak edəcək.

Əslində kişilər 27 - 31 mayda Bakıda, qadınlar isə 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə çıxış etməli idilər. Lakin hər iki yarış koronavirus pandemiyası üzündən təxirə salınıb.

21 - 24 mayda isə Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunmalı idi. Bu yarışın taleyinə sentyabrın 28-də aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti