2021-ci ilin son Dünya Kubokı Bakıda keçiriləcək

5 Sentyabr 2020 18:34 Digər növlər 754
2021-ci ilin son Dünya Kubokı Bakıda keçiriləcək

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 - 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olub.

Gələn il Bakıya stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku həvalə edilib. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.

Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.

Bu il 22 iyun - 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti