Azərbaycan yığmasıı MDB Oyunlarında iştirak etməyəcək – BU İL

5 Sentyabr 2020 12:02 Digər növlər 775
Azərbaycan yığmasıı MDB Oyunlarında iştirak etməyəcək – BU İL

Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələri Oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, təşkilatçılar yarışın 2021-ci ilə qədər təxirə salınması barədə qərar verib.

MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi və daha əvvəl sentyabra təxirə salınmışdı.

Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 14 - 23 yaş arası olan 3 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 230 dəst medal sahibini tapacaq.

Digər Xəbərlər
Xəbər Lenti