Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq

27 Avqust 2020 23:40 Digər növlər 598
Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq

Bədii gimnastika üzrə Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Sportinfo.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, yığma turnirdə 13 idmançı ilə təmsil olunacaq.

Böyüklərin yarışında 8, gənclərin mübarizəsində isə 5 gimnast qüvvəsini sınayacaq.

26 - 29 noyabr tarixlərində təşkili nəzərdə tutulan Avropa çempionatında iştirak üçün indiyədək 39 ölkə müraciət edib. Ən diqqət çəkən məqam Rusiyanın yarışa qatılmamasıdır. Turnirdə 300-ə yaxın gimnastın iştirakı gözlənilir. AÇ ilə bağlı yekun qərar sentyabrın 28-də qəbul olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!