"Mən telefonla çox danışdım - biz bunu istəmirik"

26 Avqust 2020 17:24 Digər növlər 864
"Mən telefonla çox danışdım - biz bunu istəmirik"

Lüksemburq yığması Azərbaycanla keçirəcəyi UEFA Millətlər Liqası oyunu üçün Bakıya ciddi itkilərlə gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə baş məşqçi Lük Holts mətbuat konfransında bildirib. 51 yaşlı mütəxəssis yerli "Virtol" klubunun oyunçusu David Türpelin zədə səbəbindən oynamayacağını söyləyib.

O, bundan əlavə, ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən Maksim Şanonun da xidmətindən yararlana bilməyəcəyini açıqlayıb: "Mən Maksimlə telefonla uzun müddət danışdım. ABŞ-a qayıtdıqdan sonra onu iki həftəlik karantin gözləyir. Biz isə bunu istəmirik".

Holts bu oyunçuların əvəzinə hazırda klubsuz olan Marvin Martins və Kris Filipsi komandaya cəlb edib. Komandanın hazırlığına qoşula bilməyən "Rasinq"in oyunçusu Daniel da Mota komandadan kənarda qalıb. "Differdanj"dan Orelyen Joakim isə millidəki karyerasını başa vurub.

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma komanda 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti