Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

25 Avqust 2020 21:20 Digər növlər 1 070
Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

“Formula-1”in builki yarış təqviminə Türkiyə Qran-Prisi əlavə olunub.

Sportinfo.az xəbər verir ki, 13-15 noyabrda İstanbul Park adlanan yarış yerində Türkiyə Qran-Prisi keçiriləcək.

Bu, 2005-2011-ci illərdə Türkiyədə keçirilmiş yarışın bərpa olunması deməkdir. Bəhreyndə isə iki Qran-Pri baş tutacaq.

Beləliklə, bundan sonra ilin sonunadək bu yarışlar Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və BƏƏ-də (11-13 dekabr) keçiriləcək.

Bu il pandemiya səbəbindən Azərbaycan Qran-Prisi ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"