Quliyev Brilliant Liqada nə etdi?

15 Avqust 2020 14:36 Digər növlər 1 022
Quliyev Brilliant Liqada nə etdi?

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Monakodakı Brilliant Liqada medal qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,80 saniyə nəticə göstərib.

Dünya və Avropa çempionu 5-ci yerlə kifayətlənib. ABŞ təmsilçisi Noa Lays 19,76 saniyə ilə birinci olub.

Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı