Qurbanovun ölüm səbəbi

8 Avqust 2020 16:14 Digər növlər 1 186
Qurbanovun ölüm səbəbi

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanovun koronavirusdan öldüyü açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi "facebook” hesabında məlumat yerləşdirilib.

Xanlar Qurbanov eyni zamanda Akademiyanın "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.

Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib. Mərhum SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı