15 yığma III diviziona yüksəldi - Olimpiada

3 Avqust 2020 21:40 Digər növlər 746
15 yığma III diviziona yüksəldi - Olimpiada

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə onlayn Olimpiadada daha bir divizionda mübarizə başa çatıb.

Sportinfo.az xəbər verir ki, 50 komandanın 5 qrupda mübarizə apardığı IV divizionun ən yaxşıları müəyyənləşib. Hər qrupda ilk üç yeri tutan yığma III diviziona vəsiqə qazanıb. Bunlar Honqkonq, Tailand, Çin Taypeyi, Suriya, Malta, Mozambik, Mavritaniya, Livan, Nigeriya, Anqola, Surinam, Puerto Riko, Nikaraqua, Honduras və Yamaykadır. Bu komandalar nisbətən yüksək reytinqli 35 yığma ilə III divizionda mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl Baza divizionunda da mübarizə başa çatıb. Azərbaycan millisi ən güclülərin yer aldığı Top-divizionda çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"