Həbib Nurməhəmmədovun döyüşünün yeni tarixi açıqlandı

29 İyul 2020 01:38 Digər növlər 750
Həbib Nurməhəmmədovun döyüşünün yeni tarixi açıqlandı

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib.

O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"