Milli Qəbələdə mötəbər turnirə hazırlaşır - FOTOLAR

27 İyul 2020 23:20 Digər növlər 644
Milli Qəbələdə mötəbər turnirə hazırlaşır - FOTOLAR

Azərbaycanın Muay-Tay millisi boks üzrə yığma komanda ilə birlikdə təlim-məşqlərə başlayıb.

Bu barədə Sportinfo.az-a Muay-tay üzrə yığma komandanın böyük məşqçisi Şəhriyar İsayev məlumat verib.

Millinin məşqçisinin bildirdiyinə görə, komanda MDB Ölkələrinin Oyunlarına hazırlaşır: "Sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində 22 idman növü üzrə MDB ölkələrinin Oyunları təşkil olunacaq bu idman növləri içərisində Muay-Tay idman növü də var bu yarışla əlaqədar olaraq Gənclər və idman nazirliyi və Azərbaycan Muay-Tay fedarasiyasının dəstəyi ilə Qəbələ Şəhərində yığma komandasının təlim məşq toplanışı təşkil olunur.

Toplanışda 13 idmançı, 2 məşqçi, 1 hakim iştirak edir məşqlər gündə iki dəfə olmaqla hər gün davam edir".

Digər Xəbərlər
Xəbər Lenti