"Kaş nəyə razılıq verdiyim biləydim”, - FOTOLAR

25 İyul 2020 14:50 Digər növlər 1 768
"Kaş nəyə razılıq verdiyim biləydim”, - FOTOLAR

Çin əsilli sinqapurlu fiqurlu konkisürən Yuy Şujan illərlə məşqçisinin fiziki zorakılığına məruz qalmasından danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

19 yaşlı idmançı qız məşqdə səhvlərə görə mütəmadi olaraq konki örtüyü ilə döyüldüyünü etiraf edib. Şujan 11 yaşından etibarən zorakılığa məruz qalıb.

“Doqquz yaşım olanda məndən Olimpiadada iştirak etmək üçün hər şeyə hazır olub-olmadığımı soruşdular. Onda “bəli” dedim. Kaş nəyə razılıq verdiyim biləydim...”, - deyə Şujan yazır.

Şujan Çində məşq edib. O, Sinqapuru beynəlxalq yarışlarda təmsil edən ilk fiqurlu konkisürən olub, 2017/2018-ci illərdə Cənub-Şərqi Asiya Oyunlarında tək ifada qızıl qazanıb. Dünya çempionatında və dörd qitə çempionatında da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti