Azərbaycanlı məşhur idmançı Ayasofya üçün qurban kəsdi - VİDEO

25 İyul 2020 10:38 Digər növlər 2 686
Azərbaycanlı məşhur idmançı Ayasofya üçün qurban kəsdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Araz Musayev qürurlandırıcı addım atıb.

Sportinfo.az xəbər verir ki, o, Ayasofyanın məscid kimi istifadəyə verilməsi münasibətilə qurbanlar kəsib.

"TRT Haber"ə müsahibə verən Araz Musayev Türkiyə dövlətini hər zaman dəstəklədiyini bildirib. Türküçülüyə olan sevgisindən söz açan zabit türk olduğundan qürur duyduğunu bir daha ifadə edib.

Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin (Ayasofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib.

Digər Xəbərlər
Xəbər Lenti