"Döyüşlərə Azərbaycan papağında çıxacam” - VİDEO+FOTOLAR

22 İyul 2020 16:14 Digər növlər 957
"Döyüşlərə Azərbaycan papağında çıxacam” - VİDEO+FOTOLAR

“Bundan sonra UFC döyüşlərinə hər zaman Azərbaycan papağında çıxacam”.

bunu əslən azərbaycanlı olan qırğızıstanlı döyüşçü Rafael Fiziyev deyib.

O, bu papağın Azərbaycandan olan qardaşlar tərəfindən hədiyyə olunduğunu deyib. “Onu mənə Aqşin Babayev verib. Çoxdandır ki, azərbaycan papağı ilə çıxmaq istəyirdim, ancaq məndə yox idi. Bundan sonra hər zaman başıma onu qoyacam”.

R.Fiziyev bu papağın onun məşqçisi Pavel Fedotov tərəfindən qoyulan “Ataman” ləqəbi ilə yaxşı uyuşduğunu da bildirib.

O, həmçinin Azərbaycanın milli baş geyimi olduğu üçün bu papağın xüsusi dəyər daşıdığını deyib və tarixi vətənində olmaq arzusundan danışıb: “Heç vaxt Azərbaycanda olmamışam, amma nə vaxtsa mütləq gedəcəm”.

İdmançı Ermənistanla gərginliyə toxunaraq, həqiqətin Azərbaycanın yanında olduğunu vurğulayıb.

R.Fiziyev dünyanın ən nüfuzlu döyüş təşkilatında oynayan yeganə azərbaycanlıdır. Bu yaxınlarda döyüşçü Əbu-Dabidə UFC-də üçüncü mübarizəsi zamanı rəqibi britaniyalı Mark Diakeziyə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!