Gənc futbolçu oyun zamanı yıxıldı, xəstəxanada öldü

4 Yanvar 10:15 Hadisə 1 047
Gənc futbolçu oyun zamanı yıxıldı, xəstəxanada öldü

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, gənc oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar.

Lakin həkimlər onu xilas edə bilməyiblər.

Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti