4 aydan sonra Bakıdan çıxıb gedə bildilər – VİDEO+FOTOLAR

11 İyul 2020 14:36 Digər növlər 1 601
4 aydan sonra Bakıdan çıxıb gedə bildilər – VİDEO+FOTOLAR

Sərhədlər bağlı olduğu üçün mart ayından bəri Azərbaycanda qalan Tunisin ağırlıqqaldırma üzrə millisi bu gün ölkəmizi tərk edib.

Tunis millisinin misirli baş məşqçisi Xalid Korani, eləcə də, dörd atlet – Kərəm Ben Hnia, Aymen Başa, Nuha Landulsi və Şaima Rahmuni bu gün Bakıdan saat 11:30-da İstanbula uçan təyyarədə yerlərini alıb.

Tunis millisi Bakıya martın əvvəlində bir aylıq hazırlıq keçmək üçün gəlib. Lakin sərhədlər bağlandığından, onlar Tunisə qayıda bilmirdi. Belə ki, Tunis hökuməti beş nəfər üçün Bakıya xüsusi təyyarə göndərməkdən imtina edirdi.

Digər Xəbərlər
Xəbər Lenti