Rusiyanın idman naziri Azərbaycanı ələ saldı

10 İyul 2020 13:54 Digər növlər 3 835
Rusiyanın idman naziri Azərbaycanı ələ saldı

Rusiya mətbuatında Azərbaycan idmanında legionerlərin milliləşdirilməsindən yazılıb.

Rusiyanın idman naziri Oleq Matıtsin isə sözün əsl mənasında Azərbaycanı ələ salıb.

Onun ölkəmizdəki milliləşdirmə ilə bağlı dediklərini oxuyandan sonra adam utandığından gizlənməyə yer axtarır: “Atletikada kütləvi “milliləşdirmə” ilə Azərbaycan məşhurlaşıb.

Yığmanı afrikalı idmançılardan formalaşdırıblar. Belə ki, Rio Olimpiadasında keniyalı Evans Barkpovet çıxış etdi. O, olimpiya marafonunda çıxış edən ilk “azərbaycanlı” oldu.

Düzdür, o qədər də uğurlu olmadı – 28-ci yer. Azərbaycanlılar afrikalıların soyadlarını dəyişmələri ilə məşhurlaşıblar. Adlarını olduğu kimi saxlayırlar. Belədə qorxunc birləşmə alınır: Hayle İbrahimov, Telahun Əliyev”.

Belə bir məsəl var, deyir ki, dəvə başını soxdu kolluğa, fikirləşdi ki, onu heç kim görmür. Azərbaycan idmanındakı durum da belədir. Milliləşdirmə bütün idman növlərində iyrənc hal alıb. Amma elə bilirik ki, bundan heç kimin xəbəri yoxdur. Əslində isə hamının xəbəri var və bütün dünya bizə gülür.

Bəs bütün dünyanı Azərbaycana güldürənlər kimlərdir? Təbii ki, ölkənin idman siyasətini formalaşdıranlar. Hələ bir neçə il bundan əvvəl Azərbaycanın qadınlardan ibarət ötüstü xokkey yığmasının üzvlərinə İngiltərəyə viza verilməmişdi. İngilislər baxıb görmüşdülər ki, yığmanın cənubi koreyalı 17 üzvü bir gecədə azərbaycanlılara ərə verilib və soyadları dəyişdirilib.

Bu saxtakarlıq Azərbaycanı bütün dünyada gülüş obyektinə çevirdi. Amma bunu edənlərə “gözün üstə qaşın var” deyən olmadı. İyrənc milliləşdirmə güləşdə, ağır atletikada, boksda, futbolda, bir sözlə, bütün idman növlərində inkişaf etdirildi.

Əcnəbilərə xərclənən vasit hesabına Azərbaycanın bütün kənd və qəsəbələrində idman infrastrukturu yaradıb minlərlə idmançı yetişdirmək olardı. Həta o qədər yetişdrimək olardı ki, başqa ölkələr bizim idmançılara möhtac qalardılar.

Amma Azərbaycanda bu gün nəinki o infrastruktur quruldu, əlimizdə olan bir-iki istedad da milliləşdirməyə qurban verildi, ölkədən didərgin salındı.

Ortada ağır atletikada Qazaxıstana olimpiya qızılı qazandıran Nicat Rəhimov, yüngül atletikada Türkiyəyə dünya çempionluğu bəxs edən Ramil Quliyev var.

Ramilə Azərbaycanda ayda 5 min manat məvacib vermədilər. Amma Afrikadan gətirilən lazımsız legionerlərə ayda 10-15 min manat məvacib verilir.

Marqlıdır, Koreyadan gətirilən xokkeyçi xanımları “ərə” verib soyadlarını dəyişdirmişdilə, bəs Afrikadan gətirilən kişi atletlərin soyadlarını necə dəyişdiriblər? Onlara kimləri arvad ediblər Azərbaycanda?

Azərbaycandakı iyrənc milliləşdirmə ilə bağlı dəfələrlə yazmışıq. Bildirmişk ki, bu yol idmanın inkişafına xidmət etmir. Sabahı düşünmək, Azərbaycan idmanının gələcəyinə sərmayə qoymaq, xalqın vəsaitini mənasız yerə xərcləməmək lazımdır.

Amma bizi qərəzli olmaqda ittiham ediblər. Buyur, Azad Rəhimv, indi Rusiyanın idman naziri rişxənd edib, ələ salıb. Onun dedikləri bütöv ölkəyə - Azərbaycana həqarətdir. Niyə susursunuz, Azad Rəhimov, çıxın cavab verin!

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”