Millinin 4 üzvü və baş məşqçi Bakıda koronavirus testindən keçirildi - VİDEO

9 İyul 2020 17:52 Digər növlər 706
Millinin 4 üzvü və baş məşqçi Bakıda koronavirus testindən keçirildi - VİDEO

Sərhədlər bağlı olduğu üçün ölkəmizdə qalan Tunisin ağırlıqqaldırma üzrə millisinin dörd idmançısı və baş məşqçisi koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, artıq ağır atletlərin Bakıdan İstanbula getməsi üçün təyyarəyə bilet bron edilib.

Onlar bu gün Bakıdakı laboratoriyalardan birində koronavirus testindən keçiblər. Əgər sabah onların testlərinin nəticələri neqativ çıxarsa, baş məşqçi və idmançılar iyulun 9-u saat 11:30-da İstanbula gedən təyyarədə yerini ala biləcək. İstanbuldan isə onlar Tunisin eyniadlı paytaxtına yola düşəcək.

Kərəm Ben Hnia, Aymen Başa adlı iki kişi, Nuha Landulsi və Şaima Rahmuni adlı iki qadın idmançı misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında martın 4-dən Azərbaycandadır. Onlar Afrika çempionatına hazırlıq məqsədilə Bakıya təlim-məşq toplanışına gəlsələr də, sərhədlər bağlandığından, burada qalıblar.

Digər Xəbərlər
Xəbər Lenti