Qalmaqallı hücumçu "Neftçi" ilə vidalaşdı - RƏSMİ

1 İyul 2020 10:10 Digər növlər 905
Qalmaqallı hücumçu "Neftçi" ilə vidalaşdı - RƏSMİ

Son olaraq "Neftçi"də çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb.

Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib.

Fransalı legioner 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib.

Son olaraq, "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti