Azərbaycan yığmasından virusa yoluxanlar var?

30 İyun 2020 12:30 Digər növlər 646
Azərbaycan yığmasından virusa yoluxanlar var?

Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin guya “COVID-19” virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks etdirmir və dezinformasiyadır.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur. İdmançılar sərt karantin rejiminin qaydalarına uyğun olaraq hələ ki ev şəraitində fiziki məşqlərlə kifayətlənirlər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirəyə çıxarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti