Azərbaycanlı məşhur idmançı icra başçısını tənqid etdi: "Mənə quruca “çox sağ ol” deməyib"

29 İyun 2020 23:20 Digər növlər 918
Azərbaycanlı məşhur idmançı icra başçısını tənqid etdi:

“Ola bilsin ki, Süleyman Mikayılov yalnız boksa diqqət edir. Amma idmançı olaraq nə məni çağırıb, nə də xoş qarşılayıb”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-ın əməkdaşı Səbuhi Musayevlə “Instagram”da canlı söhbət zamanı MMA döyüşçüsü Tofiq Musayev deyib.

O, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovu tənqid edib:

“Baxmayaraq ki, Qaradağ rayonu Sahil qəsəbəsinin sakiniyəm, amma bir dəfə də mənimlə görüşməyib, quruca “çox sağ ol” deməyib. Onun tərəfindən mənə heç bir dəstək olmayıb. Yəqin, olsaydı, mən də bunu “Instagram” səhifəmdə paylaşıb, öz təşəkkürümü bildirərdim.

“Rizin”in Qran-Pri kəmərini Bakıya gətirəndə xüsusi qarşılanma mərasimi də yerli sakinlərin öz hesabına təşkil olunmuşdu. İcra Hakimiyyəti heç bir dəstək verməmişdi”.

Süleyman Mikayılov Azərbaycanda yeganə icra başçısıdır ki, həm də idman federasiyasında post tutur. O, 2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse-prezidentlərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"