Pulunu verib, razı saldılar: "Artıq heç bir problem qalmayıb"

27 İyun 2020 12:44 Digər növlər 709
Pulunu verib, razı saldılar: "Artıq heç bir problem qalmayıb"

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun Qazaxıstanda üzləşdiyi problem aradan qaldırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a məlumatı Olimpiya çempionunun atası Əli Rəhimov verib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən yaranan maliyyə çətinlikləri artıq geridə qalıb. Rəhimov Qazaxıstan yığmasında çıxış edən oğlu ilə yanaşı, komanda yoldaşlarının da hansısa problemi qalmadığını vurğulayıb:

“Hər şey qaydasına qoyulub. Artıq heç bir problem qalmayıb. Sadəcə koronavirusa görə bir az sıxıntıları olmuşdu. Federasiya bütün çətinlikləri yoluna qoyub”.

Qazaxıstan mətbuatı ağır atletika üzrə milli komandalarının maliyyə çətinliyi ilə üzləşdiyini və bu səbəbdən Nicat Rəhimovla yanaşı, komanda yoldaşlarının federasiyaya müraciət ünvanladığını yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"