“Pulumu vermirlər” - Musayev yaponlarla əməkdaşlıqdan imtina etdi:

25 İyun 2020 19:02 Digər növlər 850
“Pulumu vermirlər” - Musayev yaponlarla əməkdaşlıqdan imtina etdi:

MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatı ilə müqavilə bağlamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Tofiq Musayevin özü deyib: “İmtinamın səbəbi ötən il Qran-Pridə qalibi olduğuma görə mənə çatacaq pulun verilməməsidir.

Altı ay keçib, hələ də pulu göndərməyiblər. Mən də müqaviləni imzalamıram. Deyirəm ki, nə vaxt pulumu göndərərlərsə, o zaman da müqaviləyə qol çəkərəm”.

Digər Xəbərlər
Xəbər Lenti