Karantinə görə Azərbaycanı tərk edə bilməyənlər - - FOTOLAR

23 İyun 2020 20:40 Digər növlər 1 087
Karantinə görə Azərbaycanı tərk edə bilməyənlər - - FOTOLAR

Karantinə görə Azərbaycanı tərk edə bilməyən Tunis millisinin ağırlıqqaldırma üzrə millisinin dörd üzvünün adı bilinib.

Sportinfo.az xəbər verir ki, bunlardan ikisi kişi, ikisi qadın idmançıdır.

Onlar Kərim Ben Hnia (-73 kq), Aymen Başa (-109 kq), Nuha Landulsi (-55 kq) və Şaima Rahmunidir (-64 kq). Dörd idmançı misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında martın 4-dən Azərbaycanda qalıb.

Mavrikidə keçiriləcək Afrika çempionatı üçün Bakıda bir aylıq hazırlıq keçən ağır atletlər sərhədlər bağlanandan, Azərbaycanı tərk edə bilməyiblər. Tunis hökuməti isə bunun üçün Azərbaycana xüsusi təyyarə göndərməyib. Onlar hazırda Xırdalan şəhərində kottecdə qalırlar. (oxu.az)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!