Əliyevdən möhtəşəm "toe loop" hərəkəti - VİDEO

23 İyun 2020 16:56 Digər növlər 551
Əliyevdən möhtəşəm "toe loop" hərəkəti - VİDEO

Fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev 3 aylıq fasilədən sonra məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, Əliyev Kislovodskdakı düşərgədəki ilk məşqində dördlü "toe loop" hərəkətini uğurla yerinə yetirib.

21 yaşlı idmançı "Instagram" hesabında həmin görüntünü izləyiciləri ilə bölüşüb və qeyd edib: "Karantindən sonra ilk məşqimdi. Bir şeyi planlaşdırmaq və onu reallaşdırmaq əladı. Gününüz yaxşı keçsin".

Qeyd edək ki, Rusiyanı təmsil edən Dmitri Əliyev əslən azərbaycanlıdı. Əliyevin möhtəşəm hərəkətini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti