Dünya çempionatını Bakıda nə vaxt izləyəcəyik?

16 İyun 2020 11:48 Digər növlər 422
Dünya çempionatını Bakıda nə vaxt izləyəcəyik?

Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatı isə 27 - 29 mayda keçiriləcək.

Dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti