Ləğv səbəbi açıqlandı

14 İyun 2020 21:20 Digər növlər 648
Ləğv səbəbi açıqlandı

"Formula 1"in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərinin ləğvinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu addımın promouterlərin sözügedən ölkələrdə müxtəlif problemlərlə üzləşmələri ilə əlaqədar atıldığı bildirilib.

Qeyd olunub ki, Sinqapur və Azərbaycanda küçə traslarının qurulması uzun müddət tələb edir. Bu da qeyri-müəyyənlik dövründə tədbirlərin keçirilməsinə imkan vermir. Yaponiyada isə səyahət məhdudiyyətləri yarışın davam etdirilməməsi qərarına səbəb olub.

Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti