Makqreqorun paylaşdığı FOTOnun azərbaycanlı müəllifi: “Tag” etdim, o da bəyəndi”

13 İyun 2020 12:58 Digər növlər 604
Makqreqorun paylaşdığı FOTOnun azərbaycanlı müəllifi: “Tag” etdim, o da bəyəndi”

“Çəkdiyim fotonun montaj edildiyini, bayrağın ora sonradan əlavə olunduğunu deyənlər var. Amma bu şəkli özüm çəkmişəm. Sadəcə, effekt vermişəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorun Azərbaycan bayrağı olan şəkli paylaşmasına səbəb olan azərbaycanlı “Instagram” istifadəçisi Sadiq Əlizadə deyib.

Türkiyədə təhsil alan Sadiq Əlizadə şəklinin belə populyarlaşacağını gözləmədiyini bildirib: “Konor Makqreqorla heç bir tanışlığım yoxdur. Sadəcə, bu şəkli paylaşarkən onu, həyat yoldaşını və viski istehsalçısını “tag” etdim. Döyüşçü də bunu bəyənib paylaşdı.

Bu şəkli heç bir reklama qoymamışam. Populyarlaşmasında Azərbaycan səhifələri də rol oynadı. Onlar bunu paylaşdılar və geniş auditoriyaya çatdırdılar. Hazırda paylaşdığım şəklə dörd mindən çox bəyənmə gəlib. Halbuki əvvəl paylaşdığım fotolara bu qədər “layk” gəlməzdi.

Özüm güləşlə məşğulam. Əvvəl peşəkar səviyyədə yarışlara çıxırdım, indi isə dərslərimə görə həvəskar səviyyədə məşğul oluram. Amma bu, şəxsi profilimdə idmançılarla bağlı ilk paylaşımım idi”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!