"Evə nə vaxt çatırıq? Nə vaxt yarışırıq? Hazırıq, dayanıqlıyıq"

10 İyun 2020 14:36 Digər növlər 424
"Evə nə vaxt çatırıq? Nə vaxt yarışırıq? Hazırıq, dayanıqlıyıq"

"Milli federasiyalara və koronavirus pandemiyasından təsirlənən idmançılara dəstək olmaq üçün qəbul edilən qərarlarla yanaşı, aerobika və akrobatika üzrə dünya çempionatlarının vaxtı bəlli olub".

Sportinfo.az xəbər verir ki, bu sözlər Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbova məxsusdur.

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək. O, mayın 15-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin videokonfrans keçirdiyini diqqətə çatdırıb:

"İdman gimnastikası və Dünya kuboklarındakı dəyişikliklər təsdiqləndib. FIG Konqresinin təşkili və sonrakı seçkilər iyunun 15-də olacaq, son qərarlar yenidən müzakirə ediləcək.

Artıq 2021-ci ilə təxirə salınmış Dünya və Çağırış kuboklarının bəzilərinin yeni tarixlərini bilirik. Təxirə salınan uçuşlarla əlaqədar planlaşdırılmış yarışlarda da eyni təşviqatı paylaşırıq - evə nə vaxt çatırıq? Nəhayət, nə vaxt yarışırıq? Biz hazırıq, dayanıqlıyıq".

Digər Xəbərlər
Xəbər Lenti