"Sabah"ın kapitanı “Partizan”la cavab matçında da meydana çıxmayacaq?

13 Avqust 2023 01:10 Sabah 851
"Sabah"ın kapitanı “Partizan”la cavab matçında da meydana çıxmayacaq?

"Sabah"ın kapitanı Elvin Camalov Konfrans Liqasının 3-cü turunda "Partizan"la cavab oyununu da buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun zədələnməsidir.

28 yaşlı yarımmüdafiəçi Serbiyada keçiriləcək matçdan sonra məşqlərə başlayacaq. Camalovun meydana nə vaxt çıxa biləcəyi isə həkimlərin rəyindən sonra bəlli olacaq.

RFS (Latviya) ilə cavab matçında zədələnən Elvin Camalovun qabırğasında qırıq aşkarlanıb.

"Partizan" - "Sabah" matçı avqustun 17-də Belqradda keçiriləcək. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti